Televizor qarşısında yatmaq kökəlməyə səbəb olurmuş

Bir çoxumuz yatmazdan əvvəl film və ya seriala baxmağı sevirik, bəzən də izləyərkən yuxuya gedirik. Lakin bu vərdişin hansı təhlükəli nəticələrə gətirib çıxara biləcəyini az adam bilir. Belə ki, televizorun işığı altında yuxuya getmək piylənməyə səbəb ola bilər.

Lim10.az-ın məlumatına görə, bu barədə rusiyalı endokrinoloq Mariya Kaloşina xəbərdarlıq edib.

Həkim buna görə, yatarkən işığı, cihazları, televizoru söndürməyi tövsiyə edib.

"Kənar səslər və artıq işıq yuxu hormonu və güclü antioksidant olan melatonin ifrazını pozur, çünki bu maddə yalnız tam qaranlıqda ifraz olunur. Əgər melatoninin ifrazı pozulubsa, insan yuxusunu ala bilmir, beləliklə xroniki stress başlayır, iştaha artır. Stresə görə orqanizm piy toplamağa başlayır, bu da artıq çəki ilə nəticələnə bilər", - deyə həkim vurğulayıb.