Cəlilabadda motosikletçi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarə etdiyi motosiklet VAZ-21099 markalı minik avtomobili ilə toqquşub.

Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.