Ağdaşda piyadanı vuran avtomobil su kanalına aşdı

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü kilometrliyində, rayonun Qaraqan kəndi ərazisində qeydə alınıb.

2002-ci təvəllüdlü Səbuhi Raqif oğlu İbrahimovun idarə etdiyi KIA markalı avtomobil Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Səməd Sərvər oğlu Rəşidovu vurub. Daha sonra avtomobil yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı xəsarətlər alan piyada və sürücü təcili tibbi yardım maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.