Bakıda piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisələrdən ikisi Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Aynur Aprel qızı Abdullayeva yolu keçərkən motosiklet onu vurub. Digər hadisə zamanı isə 1975-ci il təvəllüdlü Rəqsanə Tahir qızı Həsənovanı avtomobil vurub.
Üçüncü hadisə Sabunçu rayonunda baş verib. 2004-cü il təvəllüdlü İlyas Nəsimi oğlu Hüseynov yolu keçərkən avtomobil onu vurub.
Hər üç piyada xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.