"Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Lim10.az-a bildirib ki, havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır:
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir".