2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 təbii və texnogen mənşəli hadisə baş verib.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olmuş, 212 nəfər xəsarət almışdır.
Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, 565 nəfər təxliyə olunub.