Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib, vəziyyəti ağırdır

Tərtər rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi xəsarət alıb.

"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü İlqar Kamil oğlu Məmmədli yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.