Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Azərbaycanın amfibiya təyyarəsinin Bolu-Gerededə meşə yanğınları ilə mübarizə görüntüləri
Azərbaycanın amfibiya təyyarəsinin Bolu-Gerededə meşə yanğınları ilə mübarizə görüntüləri