Nazirliyin xəbərdarlığına məhəl qoymayan gənc dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lim10.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan Astara rayonunun Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Şamxal İdrak oğlu Həsənzadənin axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün FHN bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.