Göygöldə minik avtomobili yük maşınına çırpıldı, ölənlər və xəsarət alanlar var

Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Renault Megane" markalı minik avtomobili "KamAZ" markalı yük maşınının arxasına çırpılıb.

Qəza zamanı üç nəfər ölüb, iki nəfər xəsarət alıb.