Deputatlığa namizəd ağır qəzaya düşdü: Xəstəxanaya yerləşdirildi

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.

Lim10.az xəbər verir ki, bu barədə Arif Hacılı məlumat yayıb.

N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.