Peskov: "Monqolustanın BCM-də iştirakı Putinin səfəri üçün təhlükə yaratmır"

Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirakından narahat deyil, çünki Moskvanın Ulan-Batorla "əla dialoqu" var.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Rusiya dövlət başçısı sentyabrın 3-də Monqolustana rəsmi səfər etməyi planlaşdırır. Peskov bu səfərin bütün aspektlərinin diqqətlə hazırlandığını vurğulayıb.

"Narahatlıq yoxdur, Monqolustanda olan dostlarımızla "əla dialoqumuz" var", - deyə o, müvafiq sualı cavablandırıb.

Xatırladaq ki, 2023-cü il martın 17-də BCM Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı "əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyası və onların qanunsuz olaraq Rusiyaya köçürülməsindən ibarət olan" hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsə order verib. Bir il sonra, iyunun 25-də BCM-in İstintaq Palatası həmçinin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.