Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyir və səfərbərlik elan edir.
Lim10.az -ın xəbərinə görə, bu barədə Venesuela xarici işlər naziri İvan Gil-Pinto öz "Telegram" hesabında məlumat verib.
O bildirib ki, Prezident Nikolas Maduro milli müdafiə planlarının həyata keçirilməsini əmr edib, əhalinin və dövlət qurumlarının qorunması üçün bütün ölkə üzrə səfərbərlik barədə fərman imzalayıb.
Venesuela hökuməti bütün ictimai və siyasi qüvvələri səfərbər olmağa, ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.



















