Türkiyə sərhədində dava düşdü, gömrükçülər yaralandılar

Türkiyə ilə İraq arasındakı Habur sərhəd keçid məntəqəsində gömrük əməkdaşlarına hücum olub.

Lim10.az "Haber Global"a istinadən xəbər verir ki, insidentlə bağlı beş şübhəli saxlanılıb. Xəsarət alan üç zabit xəstəxanaya aparılıb.

İddiaya görə, yüklərin rentgen cihazı ilə yoxlanıldığı bölməyə gələn bir qrup şəxs növbətçi zabitlərlə mübahisə edib. Mübahisə böyüdükcə qrup növbətçi zabitlərə hücum edib, zabitlərin üz, boyun nahiyəsinə zərbələrlə xəsarət yetiriblər. Yaralılar Silopi Dövlət Xəstəxanasına çatdırılıblar.