"Ford" şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.
Lim10.az xəbər verir ki, bu barədə "US.News" portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli "Nano EcoBoost" mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi "Bronco", "F-150", "Edge", "Explorer", "Lincoln Nautilus" və "Lincoln Aviator" avtomobillərinə aid olacaq.
Tənzimləyicidən bildirilib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər mühərrikin tsikl sınağını həyata keçirəcək və ehtiyac yaranacağı təqdirdə mühərriki pulsuz dəyişdirəcək.