Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb

Ermənistan İstintaq Komitəsi (İK) hərbçi Edqar Aleksanyanın ölümünün təfərrüatını açıqlayıb.

Lim10.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, daha əvvəl Ermənistan hərbi idarəsi hərbi hissələrdən birinin mühafizə zolağında üzərində güllə yarası olan hərbçinin meyitinin tapılması barədə məlumat yayıb.

Qeyd olunub ki, meyit döyüş mövqeyində aşkar edilib. İlkin məlumatlara görə, E.Aleksanyan intihar edib.

Güllə yarası alan erməni hərbçinin meyiti aşkarlanıb.

Lim10.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayılıb.

"Sentyabrın 2-də saat 10:10-da hərbi hissələrdən birinin təhlükəsizlik zolağında Edqar Aleksanyanın üzərində güllə yarası olan meyiti aşkar edilib" , - məlumatda qeyd olunur.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.