Ukrayna və Moldova rəsmi olaraq Avropa Birliyinin (AB) rouminq zonasına daxil olub.
Lim10.az xəbər verir ki, bununla bağlı AB Komissiyası Ukraynanın təklifini qəbul edib.
Məlumata görə, 1 yanvar 2026-cı ildən etibarən Ukrayna və Moldova vətəndaşları əlavə xərclər olmadan öz milli operatorlarından 27 AB ölkəsində zənglər edə, SMS göndərə və mobil internetdən istifadə edə biləcəklər.
Eyni qərar Moldovaya da şamil edilib.



















