İlon Mask ABŞ-nin vitse-prezidenti və yüksək hökumət postuna namizəd olan Kamala Harrisi yalan danışmaqda ittiham edib.
Lim10.az xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Yalan danışırsan".
Bu, Maskın Harrisin Demokrat Partiyasının seçkidə qalib gələcəyi təqdirdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ilk gündən diktator olmasına imkan verməyəcəyinə dair verdiyi açıqlamaya cavab olaraq etdiyi paylaşımda qeyd olunub.
Mask, həmçinin Harrisin birinci gündən kommunist diktator olacağını vəd etdiyini iddia edib və paylaşımını onun qırmızı paltoda, üzərində oraq və çəkic şəkili olan papaqlı foto ilə tamamlayıb.
Kamala vows to be a communist dictator on day one. Can you believe she wears that outfit!? https://t.co/Anu9tKQHXN pic.twitter.com/ISKFXYnSon
— Elon Musk (@elonmusk) September 2, 2024
Amerikalı milyarder əlavə edib ki, ABŞ Demokrat Partiyası cinayətkarların partiyasına çevrilib. "Demokrat Partiyası sözün əsl mənasında cinayətkarların partiyasıdır", - Mask paylaşımda bildirib.
O, partiyanın cinayətkarlara qarşı münasibətinin həddən artıq yumşaq olduğunu vurğulayıb və bunu həmin şəxslərin əsasən Demokrat Partiyasının nümayəndələrinə səs verməsi ilə izah edib. Buna görə də, Maskın fikrincə, demokratlar bu kateqoriyadan olan seçiciləri incitmək istəmirlər.
So many lives have been lost, because Democrat policies pander to the criminal clients.
— Elon Musk (@elonmusk) September 2, 2024
Criminals vote overwhelmingly Democrat, so they don’t want to lose their votes. https://t.co/m2Dp8qxSaU