Rusiyanın paytaxtı Moskvada qadın evinə tez çatmaq üçün kuryerin avtomobilini qaçırıb.
Lim10.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı qadın kuryerin avtomobilindən uzaqlaşmasından istifadə edərək avtomobilə əyləşib və onu qaçırıb.
Ərazidə olan təhlükəsizlik kameralarının vasitəsilə qadının ünvanı və şəxsiyyəti müəyyən edilib. Onun Rusiyanın Leninqrad vilayətindən olduğu məlum olub. Qadın artıq saxlanılıb və barəsində cinayət işi açılıb.