Almaniyanın "Volkswagen" şirkəti ölkədəki zavodlarını bağlamaq və 2030-cu ilə qədər işçilərini ixtisar etməyəcəyi ilə bağlı verdiyi vəddən vaz keçmək imkanını nəzərdən keçirir.
Lim10.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) avtomobil nəhənginin istehsal şurasına istinadən yazır.
Şirkətin baş icraçı direktoru Tomas Şefer etiraf edib ki, keçən il başladılan xərclərin azaldılması proqramı hədəfdən bir neçə milyard avro geri qalır. Bunun nəticəsində "Volkswagen" itkilərə məruz qalır.
"Bu baxımdan, şura indi Almaniya zavodlarını, "VW"nin daxili kollektiv əmək haqqı müqavilələrini və 2029-cu ilin sonuna qədər iş yerlərinin saxlanması proqramını şübhə altına alır", - FT hesabatdan sitat gətirir.
Almaniya qanunlarına görə, işçi şuraları iri şirkətlərin işçilərinin maraqlarını qorumaq və onların müşahidə şuralarının işində iştirak etmək üçün seçilir.
Bazar ertəsi ticarət zamanı "Volkswagen"in adi səhmləri 3.1%, imtiyazlı səhmləri isə 2.2% bahalaşıb.