BMT İranda kəskin artan edam sayı ilə bağlı xəbərdarlıq edib

BMT-nin insan haqları üzrə ekspertləri avqust ayında İranda edamların sayının nəzərəçarpacaq dərəcədə artması ilə bağlı xəbərdarlıq edərək, Tehran hökumətindən edama məhkum edilənlərin ölüm hökmlərini dərhal dayandırmağı istəyiblər.

Bu barədə Lim10.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının edam sayı ilə bağlı hazırladığı hesabatda yazılıb ki, iyul ayında İran zindanlarında 45 nəfər, avqustda isə ən azı 93 nəfər dar ağacından asılıb. Eyni zamanda bildirilib ki, bu ilin əvvəlindən asılan məhbusların sayı 400-ü keçib və onlardan 15-i qadındır.

"Biz İranda edamların sayının bu dərəcədə kəskin artmasından narahatıq. Avqust ayında hökumət orqanları tərəfindən yalnız az sayda edam olunanların sayı açıqlanıb. Bu isə hakimiyyətin qeyri-şəffaflığından xəbər verir", - deyə BMT ekspertləri qeyd ediblər.