"Aston Martin" 835 at gücü və 1000 Nm gücündə ikiqat turbolu tarixdə ən güclü və sürətli mühərrikli avtomobilini təqdim edib (müqayisə üçün - "Ferrari 12Cilindri"də yalnız 830 at gücü var).
Lim10.az bu barədə auto.ru-ya istinadən məlumat verir.
Bildirilib ki, mühərrik səkkizdiapazonlu avtomatik ötürmə qutusu və yüksək sürtünməli diferensial ilə işləyir və təkər bazası daxilində, yəni ön oxun arxasında quraşdırılıb. Yeni arxa təkərli flaqman 60 mil/saat (96 km/saat) sürətə yalnız 3,2 saniyəyə çatacaq.
Yeni "Vanquish"in şassisi brendin digər modellərindən gücləndirilmiş stabilizatorları, yeni adaptiv "Bilstein DTX" amortizatorları, həmçinin yenidən kalibrlənmiş sükan gücləndirici və stabilləşdirici sistemləri ilə fərqlənir.
Bundan əlavə, "Vanquish" DBS ilə müqayisədə sərtliyi 75% artırılmış yeni gövdə alıb. Öndə 410 millimetr və arxada 360 millimetr diskləri olan xüsusi davamlı karbon-keramik əyləclər nəzərdə tutulub. Təkərlər 21 düym (53 santimetr) diametrindədir.
"Aston Martin Vanquish", inteqrasiya edilmiş spoyler, böyük diffuzor və hər biri yeddi üfüqi zolaqdan ibarət olan arxa işıqlarla fərqlənən arxa hissə istisna olmaqla, ümumiyyətlə ənənəvi dizayna malikdir. İki növ xaric sistemi təklif olunur - paslanmayan polad və ya titan.
Məlumata görə, bu avtomobilin qiyməti 420 000 dollardan başlayacaq.