Trampın təklifinə Maskdan cavab: "Səbirsizliklə gözləyirəm"

Məşhur amerikalı sahibkar və milyarder İlon Mask Vaşinqtonun dövlət proqramlarının audit komissiyasının işində iştirak etməyə hazır olduğunu bildirib.

Lim10.az-ın məlumatına görə, bu barədə Mask özünün "X" hesabında yazıb.

O bunu səbirsizliklə gözlədiyini vurğulayıb.

"Hökumətdə aradan qaldırılmalı olan çoxlu boş xərc və lazımsız tənzimləmə var", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ mətbuatının məlumatına görə, bu il noyabrda keçiriləcək prezident seçkisində qalib gələcəyi təqdirdə respublikaçı Donald Tramp Maskı sözügedən komissiyaya dəvət edə bilər.