Rusiyanın Çinlə həmsərhəd Amur vilayətinin qubernatoru olan Vasili Orlov beynəlxalq dəmir yolu körpüsünün tikintisi barədə məlumat verib.
Lim10.az xəbər verir ki, Vasili Orlov bu barədə Rbc.ru-ya müsahibəsində qeyd edib.
"Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq, bu körpünün tikintisinin mümkünlüyü ilə bağlı dövlətlərarası Rusiya-Çin alt komitəsinin qərarı var. Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq. Layihə irəliləyir. Biz hökumətlərarası saziş imzalamağa yaxınıq", - deyə Vasili Orlov vurğulayıb.