Britaniyalı əfsanəvi müğənni, pianoçu və bəstəkar Elton Conun bir gözü qismən görmə qabiliyyətini itirib.
Lim10.az xəbər verir ki, sənətçi bu barədə özünün "Instagram" səhifəsində yazıb.
"Yayda kəskin göz infeksiyası keçirdim, ondan sonra təəssüf ki, bir gözüm qismən görmə qabiliyyətini itirdi. Hazırda bərpa prosesi çox yavaş gedir, zərər görmüş gözdə görmənin bərpası üçün vaxt lazımdır", - bəstəkar qeyd edib.
77 yaşlı musiqiçi əlavə edib ki, o, evdə müalicə alır və gələcəklə bağlı nikbin əhvali-ruhiyyədədir.