ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib.
Lim10.az RBC-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin yazılı açıqlamasında bildirilib.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya salınıb.