"Azərbaycanın bütün iddiaları qanunidir"

 

Tanınmış erməni jurnalisti, publisist Mher Arşakyan “Aliq Media” saytında dərc olunan “Qarabağ üçün hara getməli?” məqaləsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı vəziyyəti təhlil edib və Laçındakı vəziyyəti dəyərləndirib.

“Gəlin bizim baxışımızdan Rusiyanın Qarabağda nə edə biləcəyini düşünək. Ondan daha çox şey gözləyirik. Lakin o, daha çox edə bilməz. Bəli, o, zamindir, lakin bütün beynəlxalq qanunlara görə, Azərbaycan ərazisində zamindir. O, güc tətbiq edib Laçın dəhlizini aça bilərmi? Yox, bacarmaz! Bunu beynəlxalq mandata malik sülhməramlı kontingent edə bilər. Rusiya isə ancaq Azərbaycanla danışıqlar apara bilər. danışıqlar aparmaq Azərbaycanın hansısa absurd, hətta mövcud olmayan hüquqları ilə razılaşmaq deməkdir, çünki Azərbaycanın şıltaqlığı, razılaşsaq da, razı olmasaq da, qanunauyğundur.

 Ermənistan nə edə bilər? Heç nə. Ermənistanın əl-qolunu məğlubiyyət, beynəlxalq qanunlar və Rusiya bağlayıb”, - Mher Arşakyan yazır.

https://caliber.az/post/132256/