BMW "Toyota" ilə birgə hidrogen elektromobili hazırlayacaq

Almaniyanın BMW və Yaponiyanın "Toyota" şirkətləri birlikdə hidrogen yanacaq elementləri ilə işləyən elektrik avtomobilləri hazırlayacaqlar.

Lim10.az xəbər verir ki, bu barədə BMW-nin press-relizində məlumat verilib.

BMW 2028-ci ildə mövcud model seriyalarından biri çərçivəsində avtomobillərin hidrogen versiyalarını buraxacaq. Tərəfdaşlar birlikdə yeni hidrogen elektromobilləri üçün güc blokları hazırlayacaqlar.

Bildirilir ki, hidrogenli elektrik avtomobilləri akkumulyatordan deyil, hidrogen və oksigenin qarşılıqlı təsiri nəticəsində yaranan elektrik enerjisi ilə işləyir.

Bununla belə, BMW hidrogenli avtomobilləri akkumulyatorla işləyən elektromobillərin əvəzedicisi hesab etmir.

"Biz onları rəqib kimi görmürük. Fikrimizcə, onlar bir-birini tamamlayır" , - şirkətdən bildirilib.