"Mercedes-Maybach" ətir kolleksiyası buraxıb

"Mercedes-Maybach" artıq ətir kolleksiyasına malikdir.

Lim10.az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.

Məlumata görə, hər bir ətir avtoistehsalçı üçün "Land Sea Air" trilogiyasını yaradan fransız parfümer Ann Flipo tərəfindən hazırlanıb.

"Haute Parfumerie" ətir kolleksiyasına altı qoxu daxildir. Onlardan hər biri brendin əsas dəyərlərini əks etdirir: eleganlıq, eksklüzivlik və peşəkarlıq.

Altı ətirdən hər birinin qiyməti 325 avrodur (təxminən 610 manat). Bütün dəstin qiyməti isə 2 390 avro (təxminən 4 500 manat) təşkil edir.