Rusiya Nazirlər Kabineti xarici vətəndaşların bu ölkədə ödənişli təhsili haqqında qanun layihəsinə baxacaq.
Lim10.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təşəbbüsün müəllifi Rusiya Liberal Demokrat Partiyasıdır (RLDP).
Partiya üzvləri xatırladıblar ki, indiki qanunla əcnəbilərin övladları məktəbəqədər, ibtidai, əsas ümumi və orta ümumi təhsil müəssisələrində pulsuz təhsil almaq hüququna malikdirlər.
Qanun layihəsinin müəlliflərindən biri, Rusiya Dövlət Dumasının Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov bildirib ki, əcnəbi valideynlər istəsələr, övladlarının pullu əsaslarla xidmət göstərən təhsil müəssisələrinə yerləşdirə bilərlər.