Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli "Martlet" raketi verəcək

Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 ədəd çoxməqsədli "Martlet" raketi verəcək.

Lim10.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.

Qeyd olunur ki, dəyəri 210 milyon dollardan çox olan yeni yardım paketi ABŞ-nin Almaniyadakı Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb Əlaqə Qrupunun iclasından bir qədər əvvəl əldə edilmiş qərardır.

"Martlet" raketlərinin əlavə partiyasının 2024-cü ilin sonuna qədər Londondan Kiyevə daşınacağı gözlənilir.