İran Prezidenti Məsud Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakı çərçivəsində Rusiya lideri Vladimir Putinlə təkbətək görüşü planlaşdırılır.
Lim10.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.
"Biz indi bu səfərə hazırlıq işlərini həyata keçiririk, istəyirik ki, bu görüş ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun", - deyə Kazem Cəlali vurğulayıb.