Oktyabrın əvvəlində RM Sotheby's hərracında unikal nadir əşya - 122 il əvvəl yığılmış "Packard" avtomobili hərraca çıxarılacaq.
Lim10.az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.
"Packard" şirkəti Model G-nin yalnız dörd nüsxəsini buraxıb, lakin bu günə qədər yalnız biri salamat qalıb.
Onun fərqli xüsusiyyəti güclü iki silindrli mühərrikdir. 20-ci əsrin əvvəllərindəki "super avtomobil"in təxmini qiyməti 500-600 min dollar olacaq.
Təkər bazası 2,3 metr və arxada əlavə qapısı olan açıq kuzovlu avtomobilə səkkiz sərnişinin yerləşə biləcəyi bildirilir. Onun digər qeyri-adi dizayn nüansı ön və arxada yerləşən iki yanacaq çənidir.
Avtomobilin indiyədək beş sahibi olub, sonuncu mülkiyyətçisi isə 87 il ardıcıl olaraq avtomobilə sahib olan bir ailədir. Avtomobil tamamilə bərpa olunub və nəzəri olaraq indi istifadəyə yararlıdır.