Almaniyanın Arnştadt (Türinqiya vilayəti) şəhərindəki kiçik aerodromun işi yarım saatlıq dayandırılıb.
Lim10.az Bild-ə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında peyda olan kirpi səbəb olub.
Məlumata görə, kirpi uçuş-enmə zolağında yemək axtarırdı.
Yalnız yarım saatdan sonra pilotlar və dispetçer heyvanı uçuş-enmə zolağından çıxara biliblər. Kirpi yavaş-yavaş və son dərəcə istəksiz halda təyyarələrin yolundan çəkilib.