Sabirabadda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "TIR" yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, "Mercedes"in sürücüsü, 1992-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Dəyanət Elxan oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

D.Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.