Ağ Ev Vaşinqton administrasiyasının Macarıstana Rusiyadan neft və qaz tədarükünə qarşı sanksiyalardan qeyri-müəyyən müddətə deyil, bir illik güzəşt verdiyini israr edir.
Lim10.az xəbər verir ki, məlumatı Reuters yayıb.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin "sanksiyalardan müddətsiz güzəşt aldığını" vurğulamışdı. O, Baş nazir Viktor Orbanın və ABŞ prezidenti Donald Trampın 7 noyabrda Ağ Evdə keçirilən görüşdə buna razılıq verildiyini deyib.
Lakin Ağ Ev rəsmisi şənbə günü Reuters-ə göndərdiyi elektron poçtda güzəştin bir il müddətində qüvvədə olduğunu təkrarlayıb.




















