Bakıda şadlıq evində yanğın olub

Bakının Binəqədi rayonunda yerləşən şadlıq evində yanğın olub.

Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 800 kvadratmetr (hər mərtəbəsi 400 kvadratmetr) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.