İlon Mask Mars missiyasının vaxtını açıqladı

"SpaceX" şirkəti iki il sonra Marsa ilk pilotsuz "Starship" kosmik gəmilərini göndərəcək. O zaman planetə uçuşlar üçün növbəti buraxılış pəncərəsi açılacaq.

Lim10.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İlon Mask "X"dəki paylaşımında bildirib.

Onun sözlərinə görə, bu missiya Marsa enişin təhlükəsizliyini yoxlamaq üçün pilotsuz olacaq. O, həmçinin əlavə edib ki, eniş uğurlu olarsa, "SpaceX" dörd il sonra Marsa ilk insanlı kosmik gəmi göndərməyi planlaşdırır. O, təxminən 20 ildən sonra Marsda özünü təmin edən şəhər yaratmaq məqsədi ilə uçuşların tezliyinin artacağını vəd edib.

Qeyd edək ki, iyun ayında "Starship" sınaqlardan uğurla keçərək kosmosdan qayıdıb və Hind okeanına enib.