İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi

Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini Qəzza zolağının şimalında İsrailin hava hücumu nəticəsində həlak olub.

Lim10.az bu barədə "The Times of Israel" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, söhbət polkovnik Məhəmməd Mursidən gedir. O, ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.