Sumqayıtda avtotəmir sexində baş verən yanğın məhdudlaşdırılıb

Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verib.

Bu barədə Lim10.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500 kvadratmetr sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.

"Report"un yerli bürosu xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə cəlb olunub.