Bakıda "Bayrakdar" istehsal ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirli xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 1.7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.
“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsidir.
Xatırladaq ki, “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.