Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb

Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verib.

Bu barədə Lim10.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə məsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb".

Bakı-Sumqayıt yolunda yanğın başlayıb.

APA xəbər verir ki, yanğın yolun Abşeron rayonundan keçən hissəsində, açıq ərazidə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.