Şəkidə kişi qoz ağacından yıxılaraq ölüb

Şəki rayonunda 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

Lim10.az-ın məlumatına görə, hadisə rayonun Qudula kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.