Şəhid ailəsinə qarşı DƏLƏDUZLUQ: Yüzminlərlə manat vergi borcu yaranıb

Paytaxtda şəhid ailəsinə qarşı dələduzluq edilib.

Xezerxeber.az-ın xəbərinə görə, şəhid Rüstəm Rüsəmovun anası Reyhan Rüstəmova bildirib ki, tək böyütdüyü iki oğlundan biri şəhid olduğundan, ailənin yükü digər oğlu Rüstəmin üzərinə düşüb. Bir neçə il əvvəl iş axtaran Rüstəmi aldadaraq onun adına bir neçə şirkət açıb.

Şəhid anasının sözlərinə görə, problemlə əlaqədar aidiyyəti orqanlara müraciət edib. Lakin dələduzluq edən şəxsin axtarışları davam etdiyi müddətdə oğlunu məhkəməyə dəvət ediblər.

Reyhan Rüstəmova problemin həlli üçün Baş Prokurorluğa müraciət edib.

Hazırda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şəhid ailəsinə qarşı DƏLƏDUZLUQ: Yüzminlərlə manat vergi borcu yaranıb

Şəhid ailəsinə qarşı DƏLƏDUZLUQ: Yüzminlərlə manat vergi borcu yaranıb