Qonşusu ilə mübahisə edən 73 yaşlı kişi öldü

Tovuzda qonşusu ilə mübahisə edən 73 yaşlı kişi ölüb.

Lim10.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1951-ci il təvəllüdlü R.Tağıyev infarktdan keçirərək ölüb.

Mərhumun yaxınları bildiriblər ki, R.Tağıyev qonşusu ilə su arxına görə mübahisə etdikdən sonra evə gəlib və infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev