İstanbulda üç mərtəbəli bina çökdü

İstanbulun Fatih məhəlləsində tərk edilmiş üçmərtəbəli binada çökmə baş verib.

Lim10.az TRT-yə istinadən xəbər verir ki, yoldan keçən bir nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə və polis dəstələri gəliblər.

Binada yaşayış olmayıb, lakin dağıntılar altında qalan insanların olması ehtimalına qarşı axtarış işləri aparılır.