Şahzadə Harri 40 yaşını Meqan Marklsız qeyd edəcək

Şahzadə Harri ad gününü həyat yoldaşı Meqan Marklsız qeyd edəcək.

Lim10.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Sentyabrın 15-də Şahzadə Harri 40 yaşını qeyd edəcək. Ulduzların ətrafındakı mənbələrin sözlərinə görə, Sasseks hersoqu yaxın dostları ilə səyahət planlaşdırır. Bu müddət ərzində Meqan Markl uşaqlarla birlikdə Kaliforniyada qalacaq. Güman edilir ki, Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu həyat yoldaşı, beş yaşlı oğlu Arçi və üç yaşlı qızı Lilibet ilə ad gününü qeyd etdikdən sonra dostları ilə kiçik bir səyahətə çıxacaq.

Məlumata görə, Şahzadə Harri hələ də ABŞ-dəki həyatından narazıdır. O, Böyük Britaniyadakı kral həyatına qayıtmaq istəyir və köhnə dostları ilə məsləhətləşir.