Cənubi Koreya Polşaya döyüşə hazır olmayan FA-50 hərbi təlim təyyarəsi satıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Polşa Müdafiə Nazirinin müavini Sezari Tomçik deyib.
Məlumata görə, Varşava Seuldan təyyarə almağa qərar verib. Lakin sonradan məlum olub ki, bu təyyarələr üçün silah istehsalı dayandırılıb. Beləcə, Polşa Müdafiə Nazirliyi döyüş qabiliyyəti olmayan 12 təyyarə alıb.
"Bunlar, yəqin ki, dünyanın ilk qeyri-döyüş təlim təyyarələridir" , - nazir müavini bildirib.