İranın Parisdəki müvəqqəti işlər vəkili Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Lim10.az "France 24"ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ bəyan edib ki, Rusiya İrandan raketlər alıb və yaxın gələcəkdə Ukraynaya qarşı istifadə edə bilər. Bu xəbərlər səbəbindən Fransa XİN İranın Parisdəki baş diplomatını çağırıb.
"Fransa Xarici İşlər Nazirliyi İranın bu ölkədəki müvəqqəti işlər vəkilini ballistik raketlərin Rusiyaya ötürülməsi iddiası ilə əlaqədar çağırıb", - deyə diplomatik mənbə bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın İrandan ballistik raketlər aldığını və çox güman ki, onlardan bir neçə həftə ərzində Ukraynaya qarşı müharibəsində istifadə edəcəyini bildirib. İran isə bunu inkar edir.