Naxçıvanda avtoxuliqanlıq edərək "Niva"nı aşıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Naxçıvanda avtoxuliqanlıq edərək avtomobili aşıran sürücünün görüntüləri yayılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lim10.az-a verilən məlumata görə, görüntülərlə bağlı araşdırma aparılıb:

"Naxçıvanda VAZ-2121 markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edilməsini əks etdirən görüntülər araşdırılıb. Müəyyən edilib ki, qeyd olunan görüntülər 2 il əvvələ aiddir və həmin tarixdə sürücü barəsində qanunamüvafiq tədbir görülüb".

Aytac Qasımova

Naxçıvanda avtoxuliqanlıq edən sürücünün görüntüləri yayılıb.

Lim10.az xəbər verir ki, "Niva" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və nəticədə avtomobili aşırıb.

Həmin görüntləri təqdim edirik: